Şagirdlər üçün Azərbaycan üzrə PolyUp Müsabiqəsi
Virtual Məktəb portalına inteqrasiya olunmuş
“PolyUp” platformasında Azərbaycan üzrə müsabiqə keçirilir.
Şagirdlər müsabiqədə riyazi biliklərini tətbiq
edərək azad olunmuş torpaqlarda müharibədən sonrakı dayanıqlı inkişaf
hədəflərinə yönəldilmiş ağıllı şəhərlər, yaşıl enerji, innovasiya
iqtisadiyyatı, iqtisadiyyatın inkişaf etdirilməsi və daha yaxşı səhiyyə
xidmətlərinin həyata keçirilməsi üçün yeni ideyalar üzərində düşünəcəklər.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər (7-10-cu
siniflər üzrə) qeydiyyat linkindən istifadə edə bilərlər.
Əziz şagirdlər, qeydiyyatdan keçməyə tələsin, çünki
yerlər məhduddur.
2020-11-20 10:33:04